Türkiyənin Kayseri şəhərində Hərbi Hava Qüvvələri Komandanlığına məxsus təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Qəzanın baş vermə səbəbi hələlik məlum deyil. Hadisədən sonra əraziyə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları göndərilib. 

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 2 pilot şəhid olub. 

Gülayə Mecid