Ukraynada təlimatçı və ya muzdlu kimi hər hansı fransız hərbi qulluqçusu Rusiya Federasiyası üçün qanuni hədəfdir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı bildirib.
"Fransız təlimatçılar məsələsinə gəlincə, mənim inanmağa əsaslarım var və çoxlu konkret faktlar var ki, onlar artıq Ukraynada işləyirlər. Kimliyindən asılı olmayaraq, Fransa silahlı qüvvələrinin hərbi qulluqçuları və ya sadəcə muzdlular, onlar silahlı qüvvələrimiz üçün qanuni hədəfdir", - Rusiya diplomatik xidmətinin rəhbəri deyib.
Ağarza Elçinoğlu