Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, qəza Buzovna-Bilgəh yolunda qeydə alınıb. Eyni istiqamətdə hərəkətdə olan "Hyundai" markalı avtomobil "Changan"la toqquşub. Nəticədə "Hyundai" aşıb. 

Əraziyə YPX əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Ağarza Elçinoğlu