Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Mərdəkan qəsəbəsində yerləşən 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində ərazi partiya təşkilatı yaradılıb.

"Unikal" xəbər verir ki, təsis konfransında çıxış edən müəssisənin direktoru Murad Qəhrəmanov, YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov partiyanın ötən dövr ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan bəhs ediblər. Bildiriblər ki, 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqlik ilə layiqincə yerinə yetirilib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Murad Qəhrəmanov ərazi partiya təşkilatının sədri, Türkan Axundova isə sədr müavini seçiliblər.