Azərbaycan Prezidenti İlham Əliyev Pakistana rəsmi səfərə dəvət edilib.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan lideri İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edilib.
"Zati-aliləri, məhz bu ruhda Sizə münasib olan ən yaxın zamanda Pakistana rəsmi səfər etmək barədə dəvətimi bir daha bildirirəm. Bu səfər bizim zamanla sınanmış və davamlı dostluq əlaqələrimizə təkan verməklə yanaşı, həm də münasibətlərdə yeni və şərəfli bir səhifə açacaqdır.
"Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır", - Pakistanın Baş naziri bildirib.