"Rusiyanın iştirakı olmadan Ukrayna üzrə istənilən danışıqlar formatı faydasızdır".
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iyunun 6-da KTMT ölkələrinin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin Qazaxıstanda keçirilən iclasında çıxışı zamanı deyib.
"Aydındır ki, birincisi, Rusiya olmadan Ukrayna üzrə hər hansı danışıqlar formatı faydasızdır, ikincisi, NATO ölkələri sülhə can atmırlar ”, - Şoyqu vurğulayıb.
Şoyqu İsveçrədə Ukrayna ilə bağlı konfransın məqsədlərindən birini Ukraynanın başında Volodimir Zelenskiyə legitimlik görüntüsü vermək adlandırıb.
Onun sözlərinə görə, Qərb Kiyevi pul və silahla vurmağa davam edir, xarici təlimatçılar isə Ukrayna hərbçilərinə intensiv təlim keçir.
Gülayə Mecid