İyunun 6-da Milli Təhlükəsizlik Xidmətinin sərhəd gözətçisinin müqaviləli hərbçisi çavuş Narek Serqoi Qareginyan minaya düşməsi nəticəsində yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. 

2000-ci il təvəllüdlü hərbçi Tavuşun Voskepar kəndindəki kilsənin ətrafında minaya düşüb. 

O, İrəvandakı tibb müəssisəsinə köçürülüb.

***13:26

Voskepar kilsəsi yaxınlığında minanın partlaması nəticəsində erməni sərhədçi yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Voskepar kilsəsi yaxınlığında minanın partlaması nəticəsində erməni sərhədçi əsgər yaralanıb. O, piyada əleyhinə mina partlaması nəticəsində xəsarət alıb. Sərhədçinin ayağı amputasiya edilib", - məlumatda deyilir. 

Qeyd edək ki, Voskepar kəndi Qazaxla sərhəddə delimitasiya və demarkasiya işləri nəticəsində erməni tərəfində qalan kənddir. 

Ağarza Elçinoğlu