Filippində əcnəbiləri qaçırmaqda şübhəli bilinən dörd polis məmuru həbs edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları üç çinli turistin və bir malayziyalının oğurlanmasında iştirak ediblər. Küçə müşahidə kameralarının görüntülərinə görə, iki şübhəli keçən həftə Manila ətrafında əcnəbiləri daşıyan dəbdəbəli mikroavtobusu pusquya salıb. Bundan sonra onların ortaqları turistlərin qollarını qandallayıb, onları gözləyən avtomobilə sürükləyiblər. Oğurlanan iki qurban qaçaraq hadisə barədə səlahiyyətlilərə məlumat verə bilib. Girov olaraq qalan kişilər döyülüb və azadlığa buraxılmaları üçün 2,5 milyon peso (70 670 AZN ) istəyiblər.
“Polis əməkdaşlarının qeyri-qanuni fəaliyyətlə məşğul olması bizi sevindirmir. Bu, ömürlük həbslə cəzalandırılır və digər polis məmurlarına ciddi xəbərdarlıq olmalıdır”, - Filippin Milli Polisinin (PNP) rəhbəri general Fransisko Marbil Rommel bildirib.
Polisin hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, oğurluq hadisəsində bir polis mayoru və onun tabeliyində olan 3 hüquq-mühafizə orqanının əməkdaşı iştirak edib. Onlar quldurluq, adam oğurluğu və avtomobil oğurluğu maddələri ilə ittiham olunublar.
Gülayə Mecid