Daşkəsəndə üzərinə benzin tökərək yandıran qazi Bakıda xəstəxanada dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, 28 yaşlı  Daşkəsən rayon sakini Ədalət İsmayılov bu gecə paytaxda müailcə aldığı xəstəxanada vəfat edib.

***00:53

Daşkəsənin Quşçu kəndində qayda pozuntuları ilə idarə edilən “VAZ 2106” saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müəyyən edilib ki, 10-FA-497 nömrəli Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü İsmayılov Ədalət Fərman oğlu tərəfindən idarə edilir.

Ə.İsmayılov polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.

Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ə.İsmayılov məhkəmə tərəfindən 60 manat məbləğində cərimələnib.

Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, o, Daşkəsəndə və Gəncədə özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.

*** 15:43

Daşkəsəndə 28 yaşlı oğlan özünü yandırıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayonun Çıraqlı kənd sakini 1996-c il təvəllüdlü Ədalət İsmaylov üzərinə benzin törəkərək yanırıb. Ağır yanıq xəsarətləri alan 28 yaşlı Ədalət İsmayılov  Gəncə şəhərində yerləşən xəstəxanaların birinim reanimasiya şöbəsinə yerldirilib.

Yaralının  vəziyyətin ağır olduğundan Bakı şəhərinə aparılır.

Qeyd edək ki,  Ədalət İsmayılov 44 günlük vətən müharibəsinin qazisidir.

Tural Əhmədov