Naxçıvanda motosiklet maşına çırpılıb.

"Unikal" xəbər verir ki, hadisə Ordubad-Naxçıvan magistralında, Babək rayonu yol ayrıcında qeydə alınıb.

Culfa rayonu Ərəzin kənd sakini, 1975-ci il təvəllüdlü İbrahimov Müslüm Həsən oğlunun idarə etdiyi 72-A-274 dövlət nömrə nişanlı motosiklet Bayramov Əli Elxan oğlunun idarə etdiyi 67-BC-239 dövlət nömrə nişanlı "VAZ-21074" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində M.İbrahimov xəsarət alaraq Naxçıvan MR Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.