Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir.
"Unikal" xəbər verir ki, bunu Peterburq beynəlxalq forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası bu məsələdə uğura ümid edir.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bir müddət öncə ölkəsinin Azərbaycanın Xankəndi şəhərində konsulluq açmaq niyyətində olduğunu açıqlayıb