Naxçıvan şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının qarşısında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva Sona Akif qızı və övladları, 9 yaşlı İlkanə və 6 yaşlı Dəniz xəsarət alıblar. Zərərçəkənlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, onlara yumşaq toxumanın əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.