Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, iyunun 6-ı saat 18:30 radələrində Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi "İSUZU" markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini Seymur Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.