Ötən gecə Rusiyanın növbətçi hava hücumundan müdafiə sistemləri Krım, Azov dənizi, Krasnodar diyarı, Belqorod və Rostov vilayətləri üzərində Ukraynanın 28 pilotsuz təyyarəsini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, Kiyev rejimi pilotsuz təyyarələrin köməyi ilə gecə saatlarında Rusiyadakı hədəflərə terror hücumları həyata keçirməyə cəhd edib.

Ağarza Elçinoğlu