İsrail güclü beynəlxalq təzyiq altında olduğu halda bir neçə cəbhədə eyni anda hərbi əməliyyatlar keçirməyə məcbur olsa da, məqsədlərindən əl çəkmir.
"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin Mərkəzi Komandanlığında keçirilən görüşdə bildirib.
"İsrail dövləti bir çox cəbhələrdə çətin kampaniya aparır. Biz cənubda, şimalda və burada Yəhudeya və Samariyada (İsrailin Qərb Sahil üçün adı - red.) döyüşürük. Bu səylər bizə qarşı ciddi beynəlxalq təzyiqlər fonunda həyata keçirilir. Amma sizi bir şeyə əmin edə bilərəm. Əvvəlkilər bir daha olmayacaq, biz bu reallığı dəyişəcəyik", - deyə Netanyahu qeyd edib.
Ağarza Elçinoğlu