Antalyanın Aksu rayonunda səhər saatlarında meşə yanğını başlayıb. 

"Unikal" xəbər verir ki, yanğının söndürülməsinə 2 təyyarə və 5 helikopter olmaqla, yanğınsöndürən maşınlar və xeyli sayda canlı qüvvə cəlb olunub. 

Qurudan və havadan edilən sürətli müdaxilə nəticəsində yanğın söndürülüb.

Yanğın zamanı 5 hektar meşə sahəsinə ziyan dəyib.

Ağarza Elçinoğlu