Qaxda baş verən qəzada xəsarət alanların adları açıqlanıb.

"Unikal" xəbər verir ki, hadisə zamanı 3  nəfər, traktorun sürücüsü Qax rayon Güllük kənd sakini 1971-ci il təvəllüdlü Hscıxanov Hicran  Şamil oğlu, minik avtomobilinin sürücüsü 1995-ci il təvəllüdlü Əhmədov Elsəvər Nurməmməd oğlu və minik avtomobilində olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***1:30

Qaxda traktorla minik avtomobili toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Qax-Qorağan yolunun Əlibəyli kənd ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili ilə traktor toqquşub, nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Seymur Əli