Mingəçevir şəhərində avtomobildən oğurluq edilib.

"Unikal"ın məlumatına görə, gecə saatlarında nəqliyyat vasitəsindən pul, bank kartı və digər əşyalar oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən yeniyetmə, 17 yaşlı M.Bəxtiyarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov