İtkin düşmüş iş adamı Yeji Krzanovski ölü tapılıb.
"Unikal" xəbər verir ki, Polşanın ən varlı adamlarından birinin ölümü barədə "Wirtualna Polska" nəşri məlumat yayıb.
Bildirilir ki, 54 yaşlı iş adamı iyunun 6-da səhər saatlarında gəzintiyə çıxıb və ondan sonra Krzanovski ilə əlaqə saxlamaq mümkün olmayıb. Bir neçə saatdan sonra onun yaxınları təcili yardım xidmətlərinə məlumat veriblər, axtarış əməliyyatı ən yüksək səviyyədə həyata keçirilib. Axtarış pilotsuz təyyarələrin və itlərin köməyi ilə aparılıb, onlar Krzanovskinin telefonunu tapmağa müvəffəq olublar. Bu gün səhər saatlarında isə onun meyitini tapıblar.
"Prokurorluğun qərarı ilə meyit yarılma üçün təhvil verilib", - KİV qeyd edib.
Nəşr bildirir ki, kişinin meyitini evinin yaxınlığında tapıblar. İş adamının ölümü ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Yeji Krzanovski Polşada böyük mebel şirkətinin qurucusu və ən zəngin iş adamlarından biri idi.
Gülayə Mecid