Mingəçevirdə motosikletçini maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə az öncə Əşya bazarı yaxınlığında baş verib. Minik avtomobili  təxminən 28-30 yaşlı Həsənov Orxan Bəhman oğlunun idarəetdiyi motosikletlə toqquşub. Yaralı motosikletçi ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov