Yevlaxda yük maşınının da iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Xaldan qəsəbəsinin mərkəzindən keçən magistral yolda qeydə alınıb.

Kamaz markalı yük maşını ilə "Vaz" və "Opel" markalı minik avtomobillərinin toqquşması zamanı ağır xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib. Qəzaya görə, magistral yolda müəyyən müddət ərzində tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov