Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin bəyanatını şərh edərək Ermənistana qarşı birbaşa və dolayı təhdidlərə son qoymağa çağırıb.
"Unikal" xəbər verir ki, Qaluzin daha əvvəl müsahibəsində bildirib ki, Ermənistanın hərəkətləri Rusiya və digər KTMT ölkələri ilə vahid müdafiə məkanının yaradılması üzrə birgə işə qayıtmağı qeyri-mümkün edə bilər, çünki bu, Qərb nümayəndələrinə həssas məlumatlara çıxış imkanı verəcək.
“Əvvəla, lütfən, KTMT-dən danışmağı dayandırın. Danışırsınızsa, həm tərəfdaş kimi, həm də bir ölkə kimi KTMT-nin hansı öhdəlikləri var onu deyin. Bu cür bəyanatları dayandırın. Ermənistan heç bir ölkə ilə hansısa hərbi bazanın yerləşdirilməsi və ya strateji müttəfiqliyə qoşulması ilə bağlı müzakirə və ya danışıqlar aparmır”, - deyə Simonyan bildirib.
O, Qərb ölkələrinin milli məlumat bazalarına çıxış imkanları ilə bağlı fikirlərini “absurd” adlandırıb.
Nuranə Abbasova