Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına (TDT) üzvlüyünü dəstəklədiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib.
"Unikal" xəbər verir ki, dövlət başçımızın buna dair səsləndirdiyi fikirləri xatırladan Ersin Tatar deyib: “Prezident İlham Əliyevin Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinin ən yaxın zamanda TDT-nin üzvlüyünə keçməsini dəstəklədiyini, Türk dünyasının bir parçası olması baxımından bunun təbii hal olduğunu, eləcə də bu ölkədə yaşayan türkləri qardaş kimi qəbul etməsi Şimali Kipr Türk xalqı üçün olduqca vacib və dəyərlidir”.
Dövlətimizin başçısının Şərqi Aralıq dənizindəki türk dövləti-Şimali Kiprin hər sahədə Türk dünyasının ayrılmaz bir parçası olduğuna dair ifadələrini dilə gətirən Ersin Tatar xalqı adından Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edərək deyib: “Azərbaycan və Şimali Kipr qardaşlığı eyni millətin nümayəndələri olaraq əbədi yaşayacaq. Qardaşlığımız Lefkoşadan Bakıya qədər əbədi olacaq”.