Oğuzda yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın hadisəsi ötən gün gecə saatlarında Oğuz rayon Kərimli kəndində, kənd sakini 1966-cı il təvəllüdlü Həsənov Əlxan Şahid oğluna məxsus fərdi yaşayış  evində baş verib.

Yanğın yetinə Oğuz rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 100 k/m olan fərdi yaşayış  evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

 Seymur Əli