Sel suları Zaqatalada fəsadlara səbəb olub.

"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisinə yağan yağışdan sonra kənd ərazisindən keçən çay məcrasından çıxaraq həyətlərə dolub, təsərrüfatlara və həyətyanı sahələrə ziyan vurub.

Eyni zamanda kənd ərazisində olan arıçılara da ziyan dəyib.

Seymur Əli