Mingəçevirdə yağışla müşahidə olunan güclü külək fəsadlar törədib.

"Unikal"ın məlumatına görə, şəhərin Əliağa Vahid küçəsində küləyin təsiri ilə kökündən qopan ağac avtomobil yuma sexinin üzərinə aşıb.

Şah İsmayıl Xətai küçəsində isə gövdəsindən ayrılan iri ağaclardan biri yola düşərək nəqliyyatın hərəkətinə məhdudiyyət yaradıb. Hazırda şəhərin müxtəlif istiqamətlərində qeydə alınan anoloji təbiət hadisələrinin yerləri müəyyənləşdirilir və aidiyyəti qurumların əməkdaşları tərəfindən küləyin fəsadları aradan qaldırılır.

Ehtiram Muradov