Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı 5 yaşlı uşaq dünyasını dəyişib.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Şuşa şəhərciyi ərazisində 2019-cu il təvəllüdlü Məmmədova Aylin Rabil qızını minik avtomobili vurub.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.