Tovuzda avtomobillə Kür çayına düşən dostlardan birinin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin əməkdaşlarının apardıqları axtarışlar nəticəsində meyitin biri Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb.

Meyit şişərək suyun üzərinə çıxıb. Lakin tapılan meyitin dostlardan hansına məxsus olması müəyyən edilə bilməyib. Meyit müayinə olunmaq və şəxsiyyətinin müəyyən olunması üçün Məhkəmə Tibbi Ekspertizasının Potoloji anatomiya birliyinin Tovuz rayon şöbəsinə təhvil verilib.

Məlumat üçün bildirək ki, iyun ayının 3-də Kür çayının sahilində istirahət etmək istəyən dörd dost  - "VAZ 2107" markalı avtomobilin sürücüsü rayonun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev, onunla birlikdə nəqliyyat vasitəsində olan dostları - Abulbəyli kənd sakini 33 yaşlı Vüqar Cəfərov, 36 yaşlı Abulbəyli kənd sakini Elxan Sadıqov və 32 yaşlı Abulbəyli kənd sakini Turqut İbrahimov Kürə düşüb.

Sonuncu özünü xilas edə bilsə də, digərləri nəqliyyat vasitəsilə birlikdə batıblar. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov