Lənkəranda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə Bakı-Ələt-Astara magistralının 152-ci kilometrliyində, Lənkəran rayonu ərazisində baş verib.
Qəza nəticəsində biri 9 yaşlı uşaq olmaqla, 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.