Salyanda minik avtomobili motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb.

“Unikal" report-a istinadən xəbər verir ki, hadisə Noxudlu kəndindəki körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil motosikletlə (“Muravey”) toqquşub. Qəza nəticəsində Salyan rayon sakinləri - 1954-cü il təvəllüdlü Əsgərov Yedigar Əfsər oğlu və onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Əsgərova Məlahət Allahyar qızı, habelə Neftçala rayon sakini, 2003-cü il təvəllüdlü Dəmirli Ələsgər Şahmar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdlırma aparılır