Bakının Nəsimi rayonunun A. Puşkin küçəsində yaşayış binasında yanğın olub.

Bu barədə “Unikal"a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ikimərtəbəli yaşayış binasında baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.