Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Hyundai Elantra" markalı minik avtomobili hərəkətdə olan zaman "Shacman"açırpılıb.

Qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığ xəsarətlərdən hadisə yerində ölüb. 

Daha dörd nəfər, 2015-ci il təvəllüdlü Fidan Məmmədova, 1995-ci il təvəllüdlü Nigar Məmmədova, 2008-ci il təvəllüdlü Nərmin Quliyeva, 2013-cü il təvəllüdlü Ahu Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca