15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və fəalları işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində Şuşa şəhəri ilə tanışlıq olub.

Onlara Xurşid Banu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi və Cıdır düzü barədə məlumat verilib. Həmçinin Şuşanın tarixi, dağıdılmış abidələrinin bərpası, şəhərin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verilib.

Şuşa şəhəri ilə tanışlıq səfər iştirakçılarında xoş təəssüratlar yaradıb.