Parisin mərkəzində yerləşən "Chanel" moda evi qarət edilib.
"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Bildirilir ki, gecə saatlarında 4 naməlum şəxs dəbdəbəli brend mağazanın pəncərəsini sındırıblar. Bundan sonra quldurlar binaya daxil olaraq bir neçə çanta oğurlayıblar.
Mağazaya hücum edənləri saxlamaq mümkün olmayıb. Hazırda polis araşdırma aparır.