Avropadakı ölkələr və şirkətlər bu il Rusiya ilə müqavilə başa çatdıqdan sonra Ukrayna ərazisindən qaz nəqlinin necə təmin olunacağını müzakirə edirlər.
"Unikal" xəbər verir ki, məlumatlara görə, variantlardan biri Azərbaycandan qaz alıb Rusiya boru kəmərləri ilə Avropaya nəqli imkanlarının nəzərdən keçirilməsidir.
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov bu planı şərh edib. Onun fikrincə, bu cür ideyalar siyasi motivlidir və çətin ki, praktikada həyata keçirilsin.
Yuşkov iddia edib ki, Azərbaycanın hasilatı artırmaq imkanları yoxdur. Azərbaycan yalnız Rusiya neftinin Avropaya yenidən satılmasında vasitəçi ola bilər.