Dünyaca məşhur fransalı müğənni və aktrisa Fransuaza Hardi vəfat edib.
"Unikal" xəbər verir ki, ifaçı 80 yaşında dünyasını dəyişib. Bu barədə sənətçinin oğlu, fransalı musiqiçi Tomas Dutronc məlumat yayıb. O, anasının hansı səbəbdən öldüyünü açıqlamayıb.
Lakin F.Hardinin uzun illər limfoma ilə mübarizə apardığı deyilirdi.
Qeyd edək ki, Fransuaza 2019-cu ildə xərçəng diaqnoz qoyulduğunu söyləyib. O, beş il sonra, 2024-cü ildə bir daha heç vaxt mahnı oxuya bilməyəcəyini açıqlayıb.