Sumqayıt şəhərində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik açarı, 10 p.m. elektrik kabeli, 2 ədəd su sayğacı və 6 p.m. plasmas su borusu yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.