Sumqayıtda kişi meyiti aşkarlanıb.

"Unikal" report-a istinadən xəbər verir ki, meyit şəhərin 10-cu mikrorayonunda yerləşən ticarət mərkəzlərinin birinin daxilində aşkar olunub.

Araşdırma zamanı meyitin 1954-cü il təvəllüdlü Nazim Əvəz oğlu Baxşəliyevə aid olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.