Sakit okeanda Kuril adaları yaxınlığında 4 bal gücündə zəlzələ baş verib.
"Unikal"ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialı xəbər verib.
Məlumata əsasən, zəzlələnin episentri Qolovnino kəndindən 48 km cənubda (Kunaşir adası, Kuril adaları) olub. Təkanların ocağı 70 km dərinlikdə yerləşib.
Bildirilib ki, Kunaşir sakinləri iki bal gücündə yeraltı təkanlar hiss ediblər. Sunami təhlükəsi elan edilməyib.