2022-ci ildə Rusiyanı tərk edən Amerika sərinləşdirici içki istehsalçısı "The Coca-Cola" şirkəti aprel ayında "Rospatent"ə ticarət nişanının qeydiyyatı üçün üç ərizə verib.
"Unikal" xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti departamentin məlumat bazasına istinadən məlumat yayıb.
Bildirilir ki, söhbət “Coca-Cola”, “Sprite” və “Fanta” brendlərindən gedir.
"Rusiyanı tərk edən “Coca-Cola” ticarət nişanlarını yenidən qeydiyyata alır", - KİV yazıb. Nəşrin məlumatına görə, bu markalar Malların və xidmətlərin Beynəlxalq Təsnifatının 32-ci və 33-cü siniflərinə aiddir - sərinləşdirici və spirtli içkilər, qazlı su və s.
May ayında Rusiya prezidenti Vladimir Putin ABŞ-nin qeyri-dost hərəkətlərindən Rusiyaya və Rusiya Federasiyası Mərkəzi Bankına dəyən zərərin ödənilməsi qaydası haqqında fərman imzalayıb. Söhbət ABŞ şirkətlərinin və Rusiya Federasiyasının ərazisində yerləşən vətəndaşların daşınar və daşınmaz Amerika əmlakından, habelə onlara məxsus qiymətli kağızlardan, Rusiya şirkətlərinin nizamnamə kapitalındakı paylarından və ABŞ-nin digər mülkiyyət hüquqlarından gedir.