ABŞ-dan İrana sensasion xəbərdarlıq
Ağ Ev: "Tehranın çox az vaxtı qalıb; İstanbulda
gözlənilən danışıqlar mühüm əhəmiyyət daşıyır"
Ağ Ev Tehrana xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyətin nüvə proqramı iləç bağlı tələblərinə cavab vermək üçün vaxtı məhduddur. "İranla Qərb aarsında danışıqlar üçün vaxt sonsuz deyil", - Ağ Evin mətbuat katibi Cey Karni bildirib.
Onun sözlərinə görə, bununla belə, diplomatik nizamlama üçün hələ kifayət qədər vaxt var və İstanbulda gözlənilən danışıqlar mühüm əhəmiyyət daşıyır.
Cey Karni qeyd edib ki, Tehranın bütün dünyanın BMT-nin İran tərəfindən pozulan qərərlarını yerinə yetirdiyini anlamalıdır: "Bizim mövqeyimiz aydındır. İran beynəlxalq öhdəliklərini yerinə yetirməli və uranın zənginləşdirilməsini dayandırmalıdır".
Yada salaq ki, srağagün İranın atom enerjisi agentliyinin rəhbəri Firudin Abbasi bəyan edib ki, İran yalnız öz ehtiyacları üçün uranı 20 faizədək zənginləşdirəcək. Məlumatı İRNA dövlət agentliyi yayıb.
Elə həmin gün İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadiisə bölgədə gedən proseslərdən danışıb. Həsən Firuzabadi deyib: "Bölgə ölkələri özlərini müdafiə etmək üçün istənilən qərarı qəbul edə bilər. Lakin biz onların hamısına rəsmən bildiririk ki, müharibə istəmirik, heç bir ölkəyə hücum etmək niyyətində deyilik. Biz qonşu ölkələrə tövsiyə edirik ki, Amerikının raket hücumundan müdafiə sisteminin gerçəkləşdirilməsi işinə aldanmasınlar. Yaxşı olar ki, öz pullarını məzlum Fələstin xalqının və islamın müdafiəsinə sərf etsinlər".
"İranın "altılıq" ölkələri (ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya) ilə keçiriləcək müzakirələr üçün praktiki təklifləri olacaq". Bunu isə İran prezidenti Mahmud Əhmədinejad deyib. Məlumatı "Fars" xəbər agentliyi yayıb.
O bildirib ki, dünyanın idarə olunmasında bütün ölkələrin iştirakı vacibdir: " Dünya atom və kütləvi qırğın silahlarından təmizlənməlidir. İran NPT müqaviləsi əsasında nüvə enerjisindən istifadə haqqını əldə etmək üçün Qərblə hər zaman müzakirələrə hazırdır. Lakin qarşı tərəfin isə daim birtərəfli olaraq İrandan gözləntiləri var. Halbuki, müzakirələrdə hər iki tərəf də tələblərini irəli sürməlidir".
"İran "altılıq" ölkələri ilə keçiriləcək müzakirələrdə ön şərt qəbul etməyəcək və belə bir addım tamamən mənasız olacaq". Bunu isə İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.
Salehi bildirib ki, Qərb mediasında "altılıq" ölkələri (ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya) tərəfindən İrana qarşı şərt irəli sürüləcəyi haqqında xəbərlər yayılıb: " Lakin bu deyilənlər yalnız medianın gündəmindədir. İran qarşı tərəfdən irəli sürüləcək heç bir şərti qəbul etməyəcək. Bu "altılıq" ölkələri üçün də keçərlidir". Ə.Ə. Salehi əlavə edib ki, İran mediada çıxan şayiə məzmunlu xəbərlərə əhəmiyyət vermədən, güclü bir şəkildə İstanbulda keçiriləcək müzakirədə iştirak edəcək: "İran öz mövqeyini çox güclü bir şəkildə gündəmə gətirəcək".
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında müzakirələrin birinci turunun Türkiyənin İstanbul şəhərində, ikinci turunun isə İraqın paytaxtı Bağdadda keçirilməsi razılaşdırılıb.
Bu arada 1979-cu ildə islam inqilabı nəticəsində devrilən İranın mərhum şahı Məhəmmədrza Pəhləvinin mühacirətdə yaşayan oğlu Rza Pəhləvi İsraili İran müxalifətinə kömək etməyə çağırıb.
O, İsrailin "Kanal 10" telekanalına müsahibəsində rəsmi Tel-Əvivin Tehranı bombalamasının rejimin mənfəətinə olacağını deyib. Rza Pəhləvi İran rəhbərliyini devirmək üçün ən yaxşı variantın xalqı rejimə qarşı hazırlamaq olduğunu deyib: "Dünyanın ən yaxşı ordusunu, yəni İran xalqının özünü hücuma hazır hala gətirməliyik. Buna kömək etməsəniz, Allah hamımızın köməyi olsun".
Murad
Digər Xəbərlər
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00
2024-12-25 12:00:37
2024-12-25 11:57:00
2024-12-25 11:41:00
2024-12-25 10:48:19
2024-12-25 10:48:12
2024-12-25 10:43:00
2024-12-25 10:27:00