Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”u təsdiq edilib.
"Unikal"ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Dövlət başçısının digər fərmanı ilə Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş təsdiq edilib.
Bundan başqa, Azərbaycan Ədliyyə Nazirliyi ilə Qırğız Respublikası Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş də təsdiqlənib.