Cəlilabadda yol qəzasında 25 yaşlı gənc xəsarət alıb 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb. 

Belə ki, avtoqəza nəticəsində rayon sakini, 1999-cu il təvəllüdlü İbrahim Abbasov müxtəlif bədən xəsarətləri alıb.

Yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov