Niderlandın Baş naziri Mark Rütte NATO-nun yeni baş katibi olacaq.
"Unikal" xəbər verir ki, bu barədə NOS telekanalı etibarlı mənbələrə istinadən xəbər yazıb.
Qeyd edilib ki, yaxın gələcəkdə onun namizədliyini bu vəzifə uğrunda mübarizədə yeganə rəqibi olan Rumıniya prezidenti də dəstəkləyəcək.
“Mark Rütte NATO-nun yeni baş katibi olacaq. İndi Macarıstan da Ruttenin namizədliyini tam dəstəklədiyinə görə, biz ancaq müxalifətin yeganə namizədi – Rumıniya prezidenti Klaus İohannisin reaksiyasını gözləyə bilərik”, – deyə telekanal bildirib.