Oğuz rayonu ərazisinə axşam saatlarında leysan yağıb, güclü külək əsib.

"Unikal" xəbər verir ki, güclü külək nəticəsində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndindən keçən hissəsində fəsadlar yaradıb. Bir neçə iri gövdəli ağac yola aşıb, avtomobil yolunda nəqliyyatın hərəkətində qısamüddətli məhdudiyyət yaranıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, hadisə barədə məlumat daxil olan kimi kommunal təsərrüfat birliyinin və yol-istismar idarəsinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib. Qısa müddətdə avtomobil yolunda hərəkət bərpa olunub.

Rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

*** 21:55

Oğuzda güclü külək irigövdəli ağacları avtomobil yoluna aşırıb

"Unikal" xəbər verir kibu gün axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin kəskin dəyişməsi nəticəsində Oğuz-Bayan avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli ağaclar yola aşıb. Nəticədə yolda hərəkət dayanıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yolun açılması istiqamətində işlər aparılır.

Seymr Əli