Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, iyunun 10-da rayon ərazisində paytaxt sakininə məxsus pulqabından 100 manat, 600 ABŞ dolları və 320 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Səmədov müəyyən olunaraq saxlanılıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda araşdırma aparılır.