Cəlilabad rayonunun Hamaraqışlaq kəndində su bəndində boğulan şəxslərin cəsədləri sudan çıxarılıb.

"Unikal" xəbər verir ki, boğulan şəxslərin cəsədləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Boğulan şəxslər Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Aşurov Nihad Nicat oğlu və 2004-cü il təvəllüdlü Həsənov İbrahim Əjdər oğludur.

Faktla bağlı araşdırma aparılır.

***14:56

Cəlilabadda su bəndində iki uşaq boğulub.

"Unikal"ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.

Kənddə yerləşən su bəndində iki uşaq çimərkən boğulub. Onlardan birinin meyiti tapılıb, digərinin axtarışları aparılır.