Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Əlavə məlumat veriləcək.

*** 15:41

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu,  Neftçi Qurban  küçəsində  yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.  

FHN-dən "Unikal"a verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində 80  kv. m sahədə taxta  və  məişət tulantıları yığılmış ərazidə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

*** 15:22

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı doğum evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

"Unikal" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.

*** 15:08

Paytaxtın Səbail rayonunda yanğın başlayıb.

"Unikal" xəbər verir ki, yanğın hazırda fəaliyyət göstərməyən 5 nömrəli doğum evində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb ediliblər.