Tovuzda qəza olub xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində  qeydə alınıb.

Hərəkətdə olan  "VAZ- 21011" markalı avtomobil  Belarus markalı traktoru  ötmə əməlyatını yerinə yetirərkən traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılb. Qəza  nəticəsində "VAZ -21011"də olan sərnişinlər - Hunanlar kənd sakinləri  77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alaraq Tovuz  Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.

Faktla bağlı araşdırma aparılır .

Tural Əhmədov