Goranboyda yol qəzası olub, yaralanan var. 

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində, beşmərtəbələr adlanan ərazidə baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı yaralanan 1961-ci il təvəllüdlü Məmmədov Elşad Lətif oğlu xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisədə yaralanan şəxs hər iki ayağını itirmiş əlildir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov